Əsas məzmuna keç

Biz kimik?

İnsan kapitalı ilə gücləndirilmiş texnoloji transformasiya

iktex MMC 2006-cı ildən Azərbaycan bazarında fəaliyyət göstərir. Dövlət və korporativ sektor üçün İT xidmətləri və innovativ texnoloji həllər təqdim edən şirkətimiz 2023–2025-ci illərdə fəaliyyətini modernləşdirərək çevik texnologiyalara və güclü komanda mədəniyyətinə fokuslanıb.

2026-cı ildən etibarən İKT inteqratoru kimi qlobal standartlara uyğun, təhlükəsizlikdən əməliyyatların idarə edilməsinə qədər kritik prosesləri əhatə edən, inteqrasiya olunan və miqyaslana bilən vahid texnoloji həllər təqdim edirik. Keyfiyyət, innovasiya, etibarlılıq və müştəri məmnuniyyəti fəaliyyətimizin əsasını təşkil edir.

Şirkət təqdimatını yüklə

Fərdi həllər

Maksimum səmərəlilik üçün biznes ehtiyaclarınıza uyğunlaşan həllər.

Problemsiz inteqrasiya

Mövcud sistemlərinizə iş axınını pozmadan inteqrasiya.

Qabaqcıl təhlükəsizlik

Hər səviyyədə məlumatlarınızın etibarlı müdafiəsi.

Daimi dəstək

Quraşdırmadan istismara qədər fasiləsiz texniki dəstək.

Rəhbərlik

Ülvi Babaşov, Direktor

Ülvi Babaşov

Direktor

İsmayil Hüseynli, Direktor müavini

İsmayil Hüseynli

Direktor müavini

Funksional sahə rəhbərləri

Ramin Fərəcov, Texnologiya və Mühəndislik Departamentinin Direktoru

Ramin Fərəcov

Texnologiya və Mühəndislik Departamentinin Direktoru

Kənan Qurbanlı, Proqram Təminatının Məhsul İdarəçiliyi üzrə Funksional Sahə Rəhbəri

Kənan Qurbanlı

Proqram Təminatının Məhsul İdarəçiliyi üzrə Funksional Sahə Rəhbəri

Salam Eldarov, Proqram Təminatının Biznes Analitikası üzrə Funksional Sahə Rəhbəri

Salam Eldarov

Proqram Təminatının Biznes Analitikası üzrə Funksional Sahə Rəhbəri

Rakif Ramazanov, Proqramlaşdırma üzrə Funksional Sahə Rəhbəri

Rakif Ramazanov

Proqramlaşdırma üzrə Funksional Sahə Rəhbəri

Arzulla Cəbiyev, Server interfeysinin funksional bölmə rəhbəri

Arzulla Cəbiyev

Server interfeysinin funksional bölmə rəhbəri

Fəhmin Hacıyev, Proqram Təminatının Testi üzrə Funksional Sahə Rəhbəri

Fəhmin Hacıyev

Proqram Təminatının Testi üzrə Funksional Sahə Rəhbəri

Türkan Bakunova, Məlumatların İdarə Edilməsi üzrə Funksional Sahə Rəhbəri

Türkan Bakunova

Məlumatların İdarə Edilməsi üzrə Funksional Sahə Rəhbəri

Elşən Heybətov, Sistem İnzibatçılığı üzrə Funksional Sahə Rəhbəri

Elşən Heybətov

Sistem İnzibatçılığı üzrə Funksional Sahə Rəhbəri

Missiya, vizyon və dəyərlərimiz

Missiyamız, vizyonumuz və dəyərlərimiz gördüyümüz hər işin əsasını təşkil edir və komandamızı hər layihədə eyni istiqamətdə saxlayır.

Missiyamız

Qabaqcıl texnoloji məhsullar və peşəkar İT xidmətləri təqdim edərək müştərilərimizin biznes proseslərini avtomatlaşdırmaq, uzunmüddətli tərəfdaşlıq qurmaq və real dəyər formalaşdırmaq.

Vizyonumuz

İnnovativ texnologiyalar və qlobal standartlara uyğun xidmətlərimizlə müştərilərimizin rəqəmsal transformasiyasında seçilən və etibarlı tərəfdaş olmaq, dayanıqlı böyüməklə sektorda mövqeyimizi möhkəmləndirmək.

Dəyərlərimiz

Yaradırıq — Yeni imkanlar və səmərəli İT həllər ortaya qoymaq.Qoruyuruq — Məlumatların məxfiliyini, sistemləri və etimadı qorumaq.İnkişaf etdiririk — İnsanları, texnologiyanı və biznesi birlikdə böyütmək.Əməkdaşlıq edirik — Bilik və təcrübəni paylaşaraq komanda halında irəliləmək.Nəticə yönümlüyük — Prosesə deyil, real biznes faydasına fokuslanmaq.

Sertifikat və nailiyyətlərimiz

Potensial

Şirkətin işçi potensialı

Şirkətimiz 100-dən çox əməkdaşı, 15-dən çox peşəkar rolu və 5-dən çox Agile komandası ilə fəaliyyət göstərir. Komandalarımız mühəndislik, məhsul və keyfiyyət, eləcə də əməliyyat istiqamətlərində müxtəlif ixtisasları birləşdirir. Bu rollara Backend, Frontend, Mobile, Data Engineering, DevOps, PO/PM, QA, Business Analysis, UX/UI, Agile Coach, System/Network, Tech Support, RPA Developer və DBA daxildir.

tərəfdaşlarımız