
2 İyul – Polis Günü
2 İyul – Polis Günü münasibətilə ölkəmizin təhlükəsizliyi və ictimai asayişinin qorunması naminə xidmət edən bütün polis əməkdaşlarını təbrik edir, onlara uğurlar və təhlükəsiz xidmət arzulayırıq.
Ətraflı
Davamlı öyrənmə komandanın inkişafına edilə biləcək ən yaxşı investisiyalardan biridir.
Son 1,5 ay ərzində Business Analyst və QA Engineer komandamızın bir qrup əməkdaşı texniki biliklərini inkişaf etdirmək və data yönümlü proseslər haqqında anlayışlarını dərinləşdirmək məqsədilə Data Analytics with Oracle PL/SQL kursunu uğurla tamamlayıb.
Komandamızın inkişaf və öyrənməyə olan bağlılığından qürur duyur, əldə olunan yeni biliklərin daha səmərəli əməkdaşlığa, dəqiq analizlərə və məhsul keyfiyyətinin daha da yüksəldilməsinə töhfə verəcəyinə inanırıq.
Komandamızı bu nailiyyət münasibətilə təbrik edirik!